"Bakıda yoluxma tendensiyası müşahidə olunur. Bu səbəbdən epidemioloji şərait kompleks şəkildə qiymətləndirildikdən sonra regionlara gediş-gəlişin açılması məsələsinə yenidən baxılacaq".

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.