“Bakı və Sumqayıtda çimərliklərdə eyni vaxtda ümumilikdə 100 minə yaxın insanın istirahəti üçün şərait var”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib.

Ü.Mehdiyev qeyd edib ki, ötən illərdə də təxminən bu qədər, hətta bundan daha az insan eyni vaxtda çimərliyə üz tuturdu:

“Düşünmürük ki, burada hər hansı növbə yaransın, hər hansı problemlər olsun. Eyni vaxtda 100 minə yaxın insanın istirahəti nəzərdə tutulub”.