Məşhur Ukraynalı sənayeçi və siyasətçinin oğlu, "Motor Sich" təyyarə qaz turbin mühərrikləri müəssisəsinin rəhbəri Vyaçeslav Boquslayevin oğlu 42 yaşlı Aleksandr Boquslayev İtaliyanın Liquriya dənizində yerləşən Qallinara adasını alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Boquslayev Monako Knyazlığında yaşayır, ancaq Qrenada əyalətinin vətəndaşlığına malikdir. O, adanın 1970-ci illərdən bəri Qallinara sahibi olan Piedmont və Liquriyadan bir qrup varlı ailədən 10 milyon avroya aldığı Monte Karloda yerləşən Qalinette şirkətinə nəzarət edir.

Qeyd edək ki, ada 1989-cu ildən bəri təbii bir park statusuna sahib olsa da, oraya turistlərin girişi qadağandır. Adada Benedikt monastırının xarabalıqları, eləcə də Vehrmaxt əsgərləri tərəfindən İkinci Dünya Müharibəsindən bəri qalan yeraltı rabitə sistemin qorunub saxlanılır.