Yaxın 80 il ərzində qlobal istiləşmə səbəbindən sahil bölgələrdə sellərin sayı 2 dəfə artacaq. Bu səbəbdən əz az 77 milyon insanın həyatı təhlükədədir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu bunu Melburn və Şərqi Anqliya Universitetinin alimləri açıqlayıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, sahil bölgələrə dəyəcək zərər dünya iqtisadiyyatına təxminən 10 trilyon funt-sterlinqə başa gələcək. hansı ki, bu rəqəm qlobal milli gəlirin beşdə birinə bərabərdir.

Su basmalarının artmasına səbəb kimi qütblərdəki buzların sürətlə əriməsi göstərilir.

Bununla yanaşı tədqiqatçılar sel nəticəsində evlərin su altında qalması səbəbindən on milyonlarla insanın köçmək məcburiyyətində qalacağını bildiriblər.

Məlumata görə, hazırda dünyada dəniz və okean sahillərində yerləşən 797 min 716 kv. kilometr ərazi sel təsirlərinə məruz qalır. 2100-cü ildə bu sahənin qlobal olaraq 250 in kv. kilometr də artması gözlənilir.

Sellərdən ən çox Şimal-qərbi Avropa, Cənub-şərqi və Şərqi Asiya, həmçinin Avstraliyanın zərər görəcəyi, ancaq əsrin sonuna doğru Böyük Britaniya və Şimali Avropanın təsirə məruz qalacağı qeyd olunur.