ABŞ prezidenti Donald Tramp sentyabrın 15-ə qədər “TikTok” proqramını satmağı tələb edib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ prezidentinə yaxın jurnalistlər bildirib.

Tramp qeyd edib ki, əgər onu “Microsoft” və ya başqa şirkət almasa, “TikTok” 15 sentyabrda biznes sferasından çıxacaq.

Bundan başqa, Ağ Ev rəhbəri satışdan əldə ediləcək vəsaitlərin ABŞ-ın Maliyyə Nazirliyinə köçürülməsində təkid edib.

Daha əvvəl bildirilib ki, dövlət başçısı fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə edə və ya tətbiqin ABŞ-da rəsmi qadağası üçün fərman imzalaya bilər.