"Hayat bilgisi" serialının məşhur aktrisası Yıldız Asyalının rejissor Kerem Sakayla evliliyi cəmi 30 gün davam edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa həyat yoladaşından ayrıldıqdan sonra toy şəkillərini sosial şəbəkə hesabında paylaşıb. "Yaxşı aktyordur. Uğurlarının davamını arzu edirəm", - deyə Yıldız Asyalı fotoları şərh edib. 

Bildirək ki, aktrisa 29 iyunda nikahsız toy etmişdi.