Məşhur məşqçi Fabio Kapello “Milan”a qayıda bilər. Belə ki, 74 yaşlı mütəxəssisə klubun səfiri vəzifəsi təklif olunub.

Unikal.org “Sport 24”ə istinadən xəbər verir ki, bazar ertəsi Kapello “Milan”ın ofisinə baş çəkərək, orada bir neçə saat keçirib. 

Məşqçiyə klubun səfiri vəzifəsi təklif olunub. Kapellonun düşünmək üçün vaxt istədiyi bildirilir.

Fabio Kapello “Milan”ın sabiq oyunçusu və məşqçisidir. O, milanlıları dörd dəfə İtaliya çempionatında qələbəyə aparıb, qırmızı-qaralarla birlikdə Superkuboku qazanıb.