“Tovuz hadisələrindən sonra Ermənistan cəmiyyəti eyforiyaya düşmüşdü. Bizim generalımızın, yüksək rütbəli zabitlərimizin şəhid edilməsinə görə çox sevinirdilər. Amma həm Azərbaycan ordusu, həm Azərbaycan cəmiyyəti qısa müddətdə onları məyus etdi”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Vəhdət Patiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, Azərbaycan xalqı həm ölkədə, həm də bütün dünyada ayağa qalxdı, özü gücünü göstərdi: “On minlərlə insan meydana çıxdı. Həm ermənilər, həm də onların havadarları gördülər ki, Qarabağ məsələsini bizə unutdurmaq mümkün deyil. Bu hal Ermənistanın daxili siyasətinə ciddi təsir elədi. 

Paşinyana qarşı etimadsızlıq yarandı. İlk dəfə olaraq, Amerikada Nümayəndələr Palatası ermənilərin əleyhinə kəskin qərar verdi. Bütün bunlar ermənilərdə ciddi pessimistlik yaratdı. Bir məqamı da deyim ki, Paşinyan özünü ikinci Saakaşvili kimi aparmaq istəyirdi, hesab edirdi ki, iqtisadi sahədə tərəqqiyə nail olacaq, korrupsiyanı aradan qaldıracaq. Ermənistan cəmiyyəti də ona inanırdı. Amma qısa müddətdə Paşinyanın siyasəti iflas elədi, etimadı itirdi. Buna görə də siyasi taftalogiyaya başladı, bu da onu daha da gözdən saldı. 

Nəticədə Paşinyana qarşı həm daxildə, həm də xaricdəki havadarları tərəfindən etimadsızlıq yarandı. Hazırda Ermənistan cəmiyyətində kütləvi ümidsizlik var. Bu mənada biz diplomatik hücumu davam etdirməliyik”.

Murad İbrahimli