Koronavirusdan sağalmış Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko xəstəliklə mübarizənin sirrini açıqlayıb.

Unikal.org-un xəbərinə görə, Lukaşenko xalqa və parlamentə müraciətində risk zonasında yaşayanların immunitetinin zəif olduğunu bildirib və əlavə edib ki, hər bir insan sağlam həyat tərzini – düzgün qidalanma, təmiz hava və idmanı üstün tutmalıdır.

“Təmiz hava və idmanla məşğul olmaq – sizə özü bundan keçmiş insan kimi deyirəm. Evdə otursanız, xəstələnəcəksiniz”, - deyə Belarus lideri qeyd edib.

Xatırladaq ki, iyulun sonlarında Lukaşenko həkimlərin rəyinə görə koronavirus infeksiyasını simptomsuz keçirdiyini bildirmişdi.