Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri keçib.

Unikal.org xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan nümayəndəliyinin Baş katibi Jorj Katana bildirib.

Onun sözlərinə əsasən, xəsarət alanların sayı 4 mini ötüb.

LBC telekanalı bildirib ki, dağıntılar altında hələ də qalanlar var.

*** 01:15

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində azı 73 nəfər ölüb, 3,7 mindən çox insan isə xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə "LBC" telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən öz "Twitter" səhifəsində məlumat yayıb.

01:04

xxx

Beyrutda baş vermiş güclü partlayış nəticəsində 30-dan çox insan ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayı 2 min nəfəri keçib.

Partlayışların terror aktı olduğu ehtimal edilir.

22:10

xxx

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

 “Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.

***20:16

Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayış baş verib.

Unikal.org  “TASS”a istinadən xəbər verir ki, partlayış paytaxtın yaşayış məhəllələrini silkələyib. Bəzi yaşayış evləri və ofislər zədələnib.

İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

“Al Hadath” telekanalı dəniz limanı ərazisinə raket zərbəsinin vurulduğunu istisna etmir. “Al Mayadeen” telekanalı bildirib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib.