Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Unikal.org "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 18 milyon 580 min 90, pandemiya qurbanlarının sayı 700 min 569 nəfərə çatıb.

İndiyədək 11 milyon 787 min 637 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.