Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 670 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 306 min 293, xəstəlikdən ölənlərin sayı isə 46 min 299 nəfərə çatıb.

Son günlər Britaniyada yoluxma hallarında yenidən artım müşahidə edilir.