Beyrut şəhərinin qubernatoru Marvan Abbud jurnalistlərə müsahibəsi zamanı ağlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məmur həyatında heç vaxt bənzər dağıntılar görmdiyini bildirib. Onun sözlərinə görə, partlayış “Hiroşima və Naqasakidə baş verənlərə bənzəyir”.

“Mən həyatımda bu qədər dağıntılar görməmişəm... Bu Livan üçün milli fəlakətdir”, - deyən Abbud göz yaşlarına hakim ola bilməyib.