“Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub. Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.