Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 700 mini ötüb.

Unikal.org xəbər verir ki, bu barədə statistik məlumatları izləyən və analiz edən  “Worldometers” xidməti məlumat verir.

“Reuters” agentliyinin məlumatına görə, gün ərzində 5900, yəni orta hesabla hər 15 səniyədə bir insan “COVID-19”dan dünyasını dəyişir.

Koronavirusa yoluxanların sayının 11 925 744 nəfərə çatdığı bildirilir.

Ən çox ölənlər ABŞ, Braziliya, Hindistan və Meksikada qeydə alınıb.