Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. O, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.

Unikal.org xəbər verir ki, Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. O, əvvəlcə şəhid generalımız Polad Həşimovun büstünə ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızn üzündəki nuru ifadə etmək olub və o, buna da nail olub.

Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb və hazırda onun üzərində işləyir. Artıq barelyefin gillə işlənməsi mərhələsi başa çatıb.