Azərbaycanda bu gündən çimərlik mövsümü açıq elan edilib. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib. Artıq monitorinq olunmuş və reyestrə daxil edilmiş çimərliklər vətəndaşların istifadəsi üçün tam hazırdır. Aktivləşdirilmiş cimerlik.az saytına daxil olmaqla çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq, daha az insanın olduğu əraziyə üz tutmaq olar.

Unikal.org yayın son ayında açılan çimərliklərdən fotoları təqdim edir:

Müxbir: Murad İbrahimov

Fotolar: Müzəffər İsmayılov