Birləşmiş Ərəm Əmirliyinin şimal-şərqində yerləşən Əcman Əmirliyinin sənaye zonasında – “Xalq bazrı”nda güclü yanğın baş verib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Emirati Al-Khaleej" qəzeti məlumat yayıb.

Bildirilib ki, Alov böyük bir ərazini əhatə edib. Hazırda Əmirliyin Mülki Müdafiə Qüvvələrinin yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışır. 

Qeyd edilib ki, BƏƏ-də 50 dərəcədən yuxarı temperaturla müşayiət olunan yay fəslində şiddətli yanğınlara az rast gəlinmir.