Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 206 mindən çox artıb.

Unikal.org  "TASS"a istinadən xəbər  verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 206 709 nəfər yeni koronavirusa yoluxub, 5 116 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 354 342, ölənlərin isə 696 147 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 841 842 yoluxma və 367 934 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 451 556, ölənlərin sayı isə 214 731 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 299 433 yoluxma və 48 569 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.