Goranboy rayonunda qətl törədən şəxs saxlanılıb.

Unikal.org-un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Qərib Zamanov saxlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

*** 01:10

Goranboyda qadın qətlə yetirilib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb. Həmin ərazidə güllə yarası alan Gülbuta İmanova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmık mümkün olmayıb. İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.