Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 57 152 nəfər artaraq 2 859 073-ə yüksəlib.

 Unikal.org xəbər verir ki, indiyədək virusa yoluxmuş 97 256 xəstə vəfat edib. Son sutkada 1 437 ölüm faktı qeydə alınıb.

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.