Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 7071 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 987 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.