“Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edirlər”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Azərbayacanda Səhiyyə Nazirliyi yoxdur fikri yanlışdır”, o əlavə edib. 

Qeyd edək ki, iclasda deputat Aqil Abbas Səhiyyə Nazirliyinin fəaliyyətini sərt tənqid edib. O deyib ki, vaxtilə əlilliyi Tibbi Sosial Ekspert Komissiyası (TSEK) verirdi: “Öz işçilərinə inanmadılar əlilliyin təyinatını Səhiyyə Nazirliyinə verdilər. Guya ki, Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdı. Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.