Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində ölən ermənilərin sayı 11 nəfərə çatıb. Bununla yanaşı, partlayışda 250 erməninin yaralandığı da bildirilir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 137 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.