Polşada sutka ərzində rekord sayda koronavirusa yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, ötən gün Polşada 726 nəfər virusa yoluxub. Bundan əvvəlki rekord bu həftənin əvvəlində qeydə alınmışdı. Avqustun 4-də ölkədə 680 nəfər koronavirusa yoluxmuşdu.

Bu günədək ölkədə virusa yoluxanların sayı 49 515 nəfərə çatıb, onlardan 1 774 nəfəri ölüb.