Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən 1 ha ərazidə ağaclıq və quru ot yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

16:08

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.