İran çox çətin günlər keçirir.

Unikal.org xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Etiraf etməliyəm ki, düşmənlərimizin üzərimizdəki təzyiqləri çox ağırdır. Yeni tip koronavirusun yanında sanksiyalara, sanksiyalarla yanaşı təhriflərə də məruz qalırıq. Təhriflərlə birgə təhdidlərlə üzləşirik. Bütün bunlarla bərabər xarici mətbuatda xalqın iradəsini qırmaq istəyən düşmənlərimiz də var”, - Ruhani bildirib.