İsveçrə Azərbaycanı və Rusiyanı koronavirus infeksiyasının yayılma riski yüksək olan ölkələrin siyahısından çıxarıb.

Unikal.org xəbər verir ki, Rusiya Tur operatorları Birliyinin yaydığı məlumata görə, bu ölkələrin vətəndaşları üçün karantin ləğv edilib.

Avqustun 15-dən etibarən Rusiya ilə İsveçrə arasında uçuşlar bərpa ediləcək. Bundan əlavə, avqustun 8-dən rusiyalı turistlər üçün məcburi on günlük karantin tələbi ləğv olunacaq. Karantin tələbi BƏƏ və Azərbaycan vətəndaşları üçün də ləğv edilib.

Həmçinin, İsveçrəyə daxil olduqda koronavirus testinin cavabını təqdim etmək tələb olunmayacaq.