“Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən “Mərkəzi Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev vəzifəsindən azad edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, onun yerinə Abbas Quliyev təyin olunub. A.Quliyev bu təyinada qədər Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi olub.

Xatırladaq ki, “Mərkəzi Aran” RETSİ-yə Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Kürdəmir, Ucar, Ağsu, Göyçay və Ağdaş rayonlatrının Elektrik Şəbəkələri (EŞ) daxildir.