Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 19 milyon nəfəri ötüb.

Unikal.org bu barədə “Worldometers”  saytında yerləşdirilən onlayn statistikaya əsasən xəbər verir.

Bildirilir ki, dünyada COVID-19-a 19 266 681 yoluxma halı qeydə alınıb. Ümumilikdə  12 365 520 insan sağalıb, 717 797 nəfər dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə lider ölkələr ABŞ (5 032 547), Braziliya (2 917 562) və Hindistandır (2 030 001).