Azərbaycanda dövlət büdcəsinin layihəsinin tərtibi prosesi təxirə salınıb.

Unikal.org xəbər verir ki, bununla bağlı “2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklə “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tərtibi 2022-ci ilin yanvarın 1-nə qədər dayandırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.