Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğın zamanı orada işləyənlər – 1987-ci il təvəllüdlü Əliyev Qadir Adil oğlu, 1986-cı il təvəllüdlü Qurbanov İlqar Ələmdar oğlu, 1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu, 1981-ci il təvəllüdlü Cəlilov Murad Xasməmməd oğlu, 1973-cü il təvəllüdlü Tağıyev Mehman Tapdıq oğlu, 1983-cü il təvəllüdlü İbrahimov Yalçın bayram oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Xəyal Akif oğlu xəsarət alıblar.(apa)

****

13:01

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Yanğında səkkiz nəfər xəsarət alıb.