Roma papası I Fransisk Beyrut limanında baş vermiş güclü partlayış nəticəsundə zərər çəkən insalara dəstək məqsədilə Livan kilsəsinə 250 min avro ianə verib.

Unikal.org xəbər verir ki, maliyyə yardımı Beyrutdakı apostol nunsiaturası vasitəsilə verilib.

Roma papası, həmçinin Livan xalqına dəstək olduğunu açıqlayıb.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.