Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Unikal.org-a verilən məlumata görə, bu gün 6872 koronavirus testi edilib. Onlardan 129-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 773 051-ə çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 261 nəfərdir. Onlardan 50 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 3197 nəfər aktiv koronavirus xəstəsi var.