Bakı-Naxçıvan aviareyslərinin sayının bir qədər də artırılması nəzərdə tutulub”

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Beynəlxalq reyslərə gəlincə, bir neçə istiqamət üzrə xüsusi uçuşlar həyata keçirilir. Bəzən fikirlər səslənir ki, Türkiyənin kurort zonalarına aviareyslər bərpa olunsun. Əgər bu gün Bakıdan rayonlara gediş-gəlişə icazə vermiriksə, beynəlxalq uçuşlara niyə icazə verməliyik? Rayonlara gediş-gəliş açılanda beynəlxalq reyslər də bərpa olunacaq”, - deyə o, qeyd edib.