Fransa prezidenti Emmanuel Makron Livanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı iddiaları rədd edib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Beyrutda Fransanın BFMTV kanalına müsahibə verən Makron Livan hakimiyyətinə əmr vermədiyini, Livanın daxili işlərinə müdaxilə etmədiyini deyib. Makron bildirib ki, qardaşlıq və yardım niyyəti ilə Livana dəstək olur. 

“Bu məsələdə Fransa üzərinə düşəni etməzsə, iranlılar, türklər, səudiyyəlilər və regiondakı digər güclər Livanın daxili işlərinə müdaxilə edəcək. Həmin ölkələrin bəziləri bunu öz geosiyasi və iqtisadi maraqları üçün edəcəklər ki, bu da Livan xalqının əleyhinədir”.

Fransa prezidenti həmçinin qeyd edib ki, qarşıdakı üç həftə Livan üçün olduqca həlledici olacaq.