Niderlandın Livandakı səfiri Jan Ualtmansın 55 yaşlı həyat yoldaşı Hedviq Ualtmans-Molyer dünyasını dəyişib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Beyrutdakı partlayış zamanı ağır xəsarətlər alan səfirin xanımı müalicə aldığı xəsətəxanada vəfat edib. Səfirin xanımı həm də Niderlanda Xarici İşlər nazirliyin əməkdaşı olub. Niderland XİN bununla bağlı səfirə başsağlığı verib. 

Qeyd edək ki, Niderland XİN-i partlayış zamanı səfirliyin əməkdaşları da daxil olmaqla 6 hollandiyalı vətəndaşın yaralandığını açıqlamışdı.