Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, şəhər ərazisində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.