Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Unikal.org xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 hoteli yandırıblar. İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 neçə nəfərin isə yaralandığı bildirilir. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub. 

Axalkalakidə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.