Hindistanın Andhra Pradeş şəhərində COVID-19 xəstələri üçün xəstəxana kimi istifadə edilən oteldə ən az 7 nəfər yanğın nəticəsində ölüb.

Unikal.org xəbər verir ki,  bu barədə "NDTV" telekanalı bildirib.

Bildirilib ki, hadisə səhər saat 5:00 radələrində baş verib. 20-yə yaxın xəstə xəstəxanalara köçürülüb.

İlkin versiyaya görə, yanğın qısa qapanma səbəbindən baş verib.

Hadisə nəticəsində 20 nəfərə yaxın xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.