"Muhteşem yüzyıl" serialının ardından "Kösem Sultan"ı izləyən dünyaca məşhur repçi Cardi.B Türkiyə sevdasından əl çəkmir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Qremmi mükafatçısı olan məşhur repçi həyat yoldaşı Offseti İstanbula gəlməyə razı salmağa çalışır. Həyat yoldaşının 18 saatlıq uçuş etməsinə razı olmasa da, o, Cardi.B-in bu istəyinə qarşı çıxmayacağını bildirib. 

Qeyd edək ki, məşhur repçinin Topqapı sevdasının səbəbi isə Sultan Süleymanın necə bir sarayda yaşamasını görmək istəyidir.