Hollivud aktyoru və Kaliforniyanın eks-qubernatoru Arnold Şvartsneqqerin qızı Ketrinin övladı dünyaya gəlib.

Unikal.org xəbər verir ki, bu barədə Şvartsneqqerin 26 yaşlı oğlu Patrik məlumat yayıb.

Bu, 31 yaşlı Ketrinin ilk övladıdır. Lakin onun həyat yoldaşı aktyor Kris Prattın isə birinci evliliyindən isə oğlu var.