Azərbaycanda indiyədək ümumilikdə 33 647 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513 nəfərdir.