İspaniyalı aktyor Antonio Banderas yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org-un xəbərinə görə, aktyor bu barədə özünün “Twitter” hesabında yazıb.

A. Banderas COVID-19 testinin pozitiv çıxdığını bildirib.

“Özümü nisbətən yaxşı hiss edirəm, sadəcə bir qədər yorğunam. Əminəm ki, tezliklə sağalacağam”, - deyə aktyor vurğulayıb.