Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  partlayışdan sonra yanğın başlayıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.