Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda zirehli maşının devrilməsi nəticəsində xüsusi təyinatlı iki polis zabiti həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Adnan Qısarın cənazəsi Antalyada, Osman Gülün cənazəsi isə Qəhrəmanmaraşda dəfn olunub. Hər iki dəfn rəsmi mərasimlə keçirilib.