Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Unikal.org xəbər verir ki, “qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib.

28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.