Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.

Unikal.org xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Mərdəkan, Buzovna və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.