ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən qaz partlayışında ən azı 1 nəfər ölüb.

Unikal.org xəbər verir ki,  bu barədə yerli yanğın xidməti öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, bir neçə evdə partlayış olub, ən azı 5 nəfər dağıntılar altında qalıb.

Xilasetmə əməliyyatı zamanı dörd nəfərin dağıntıdan çıxarıldığı, vəziyyətlərinin kritik və ağır olduğu bildirilib, onlar hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb.