Məşhur türk aktrisası Özgü Namal 6 illik ayrılıqdan sonra ekranlara yenidən dönüş edəcək.

Unikal.org xəbər verir ki, 2015-ci ildə Serdar Oral ilə ailə quran Özgü Namalın Nefes adlı oğlu və Elem Su adında qızı var. Hər iki övladının dünyaya gəlişindən sonra kino və televiziya ekranından uzaq düşən, sevilən aktrisa Muğlaya köçərək orada əsl kənd həyatı yaşayır.

5 yaşlı oğlunu İstanbulda oxutmaq istəyən Özgü Namal məhz bu səbəbdən, yenidən böyük şəhərə köç edib. Bunu eşidən film şirkətləri tanınmış aktrisaya film və serial təklifi ilə müraciət ediblər. Hər iki təklifə müsbət yanaşan aktrisa, müqaviləyə imza atsa da, koronavirus səbəbindən çəkilişlərə başlaya bilməyib.

Qeyd edək ki, Özgü Namal bədii film üçün 800 min lirə, serialın hər bölümünə isə 80 min lirə məbləğində qonorar alacaq.